Möhtəşəm 101 il: Gəncədə Qafqaz İslam Ordusunun zəfər tarixi qeyd edilib

 

Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunda Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 101-ci ildönümü qeyd olunub.

APA TV-nin qərb bürosunun məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Türkiyədən gələn qələm adamları, şəhər ictimaiyyətinin nümayəndələri və Cümhuriyyət dövrü şəxsiyyətlərinin nəsil davamçıları iştirak edib.

Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.

Çıxış edənlər Türkiyə-Azərbaycan qardaşlığından, zaman-zaman çətin tarixi məqamlarda göstərilən qarşılıqlı dəstəkdən söhbət açılıb.

Rəsmi hissədən sonra qonaqlar Gəncədəki Cümhuriyyət muzeyini, Parlament binasını, Cümhuriyyət dövrü şəxsiyyətlərinin ev muzeylərini ziyarət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR