“Möcüzə” yağları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadın tibb işçilərini təbrik edib
Azərbaycanın sevilən yağ markalarından olan “Möcüzə” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Yeni Klinika”da sosial layihə həyata keçirib.
“Azərsun Holdinq” və TƏBİB-in birgə təşkilatçılığı, “Möcüzə” markasının dəstəyi ilə baş tutan layihədə 2 ildir koronavirusla mübarizədə on minlərlə vətəndaşımızın sağlamlığına qovuşmasında böyük rolu olan səhiyyə işçilərinə “Sən özün bir möcüzəsən” şüarı altında hədiyyələr təqdim olunub.
Layihənin keçirilməsində əsas məqsəd səhiyyə sahəsində çalışan xanımlara onların özəl və dəyərli olduqlarını hiss etdirməklə, yanaşı bütöv Azərbaycan torpaqlarında qadınlara itahfən inşa edilmiş Vətənin 7 tarixi abidəsini özündə birləşdirən mənəvi dəyərləri də ön plana çəkmək idi.
Yeni Klinikada çalışan xanım tibb işçiləri onlar üçün təşkil edilən “Sən özün bir möcüzəsən” adlı layihədən məmnun qaldıqlarını vurğulayıb və qadınları hər zaman diqqət mərkəzində saxlayan “Azərsun Holdinq” və TƏBİB-ə öz təşəkkürlərini bildiriblər.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib