MN Vətən Müharibəsində şəhid olmuş 2802 nəfər haqda məlumatları açıqlayıb
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısını açıqlayıb.
Nazirlikdən APA TV-yə verilən xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.
Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?