MN: Nə əcnəbi döyüşçülər, nə də hər hansı könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz
“Düşmənin atəş nöqtələrini susdurmaq üçün yalnız sərhədlərimiz çərçivəsində tədbirlər görülür”.
APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
O deyib ki, Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərdə baxış zamanı əldə edilən sənədlər və digər kəşfiyyat materiallarından aydın olur ki, Azərbaycan Ordusu həm də muzdlularla mübarizə aparır: “Düşmən anlamalıdır ki, həyatda qalmaq üçün onların tək yolu vaxt itirmədən silahı yerə qoymaq, döyüş meydanını tərk etməkdir. Nə əcnəbi döyüşçülər, nə də hər hansı könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz. Hazırda əməliyyat şəraiti ordumuzun nəzarətində olmaqla, cəbhənin bütün istiqamətində döyüşlər davam edir”.
OXŞAR XƏBƏRLƏR
18:38
767
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1371
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1374
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
915
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2287
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2232