MN: İrana zərbə endirən təyyarələr Azərbaycanın hava məkanından istifadə etməyib
Azərbaycan Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələrinə dair məlumatlara cavab verib.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır: “Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil. Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”.
OXŞAR XƏBƏRLƏR
11:43
997
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1001
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1026
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1331
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1919
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1937