MN: Hərbçilərin maaşına əlavələr yaxın günlərdə ödəniləcək
Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına müəyyən edilən müddəti əlavələrin nə zaman ödəniləcəyi açıqlanıb.
APA TV xəbər verir ki, Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hərbi qulluqçulara yaxın günlərdə yeni əlavələr ödəniləcək: “Maliyyə ödəməsi keçən ilin dekabr, cari ilin yanvar və fevral aylarını əhatə edəcək”.
Qeyd edək ki, əmrə əsasən Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.
İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin aylıq vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar