MN: Ermənistanın yaydığı yalanların məqsədi öz xalqını sakitləşdirməkdir
"Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır".
APA TV verir ki, bu barədə guya Azərbaycan tərəfinin atəşkəsi pozması ilə bağlı Ermənistanın Müdafiə Nazirliyinin yaydığı yalan məlumatlara Azərbaycan Müdafiə Nazirliyinin cavabında bildirilir.
"Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir", - deyə məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub