MN: Erməni hərbçilər döyüşlərdə iştirak etməkdən imtina edir
Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib.
Eyni zamanda yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.
Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub