MN: Cəbhənin Xocavənd istiqamətində düşmən ciddi itkilər verir
Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Alayın döyüş təminatında, silah-sursat təchizatında çatışmazlıqlar var.
Bölmələrimizin 120 mm-lik minaatan batareyalarının atəş zərbələri nəticəsində cəbhənin Xocavənd istiqamətində olan Ermənistan silahlı qüvvələrinin 3-cü motoatıcı alayın bölmələrinin şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananlar var. Məlum olub ki, alayın bölmələrdən birinin komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq qaçıb.
Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsinin ətrafındakı düşmən bölmələrinin mövqelərinə də artilleriya zərbələri endirilir.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”