MN cəbhə ilə bağlı məlumat yaydı - VƏZİYYƏT GƏRGİNDİR
“Ermənistan tərəfindən təxribatlar bu gün daha intensivləşib".
APA TV-nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, Ermənistan tərəfi bu gün hərbi əməliyyatlarla başlayıb: "Kəlbəcər və Laçın rayonlarında ermənilər minaatan, artilleriya və qumbaralardan atəş açıb. Nəticədə iki hərbiçimiz yaralanıb. Onların həyatına təhlükə yoxdur. Silahlı Qüvvələrimiz tərəfindən dərhal təxirə salmaz əməliyyat tədbirləri həyata keçirilib. Sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat üstünlüyü ordumuzdadır".
A. Eyvazov qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət kimi ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu