MN: Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır
Azərbaycanın Müdafiə Nazirliyi (MN) bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı APA TV-yə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”, - deyə MN rəsmisi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
17:58
369
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
379
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
389
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2178
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2118
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
3246