MN: Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır
“Son sutka ərzində əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətinlə döyüşlər davam edib, Zəngilan istiqamətində düşmənin təxribatının qarşısı alınıb”.
APA TV-nin məlumatına görə, bunu bu gün keçirilər brifinqdə MÜDAFİƏ NAZİRLİYİNİN MƏTBUAT KATİBİ, polkovnik-leytenant Anar Eyvazov bildirib.
Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdıldığını qeyd edən A.Eyvazov deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır: “Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb”.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”