Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyi ziyarət edilib
Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət edib.
Bildirilib ki, BDU tərəfindən böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. BDU-nun tələbələri arasında Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə qısa hekayə müsabiqəsi elan olunub.
Sonra BDU-nun rektoru Elçin Babayev ev-muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)", "Sevinc (1950)" kitablarını və “Bestcomp” şirkətinin dəstəyi ilə alınan kompüter dəstini hədiyyə edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını və tələbələrin də bu işdə yaxından iştirakından sevinc hissi keçirdiyini bildirib. Hafiz Paşayev qeyd edib ki, Mir Cəlalın ailəsi həm də Bakı Dövlət Universiteti, oradakı minlərlə tələbəsi idi.
Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub. Yer tutan tələbələr mükafatlandırılıb. İki tələbə isə müsabiqənin xüsusi mükafatını qazanıb.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər