MİQ imtahanlarında nələr dəyişəcək? - RƏSMİ AÇIQLAMA
“Müəllimlərin işə qəbul müsabiqəsinə müraciət edən namizədlərin sayı artıb. Əvvəllər müəllimlik üçün namizədlərin sayı 10 min idisə, ötən il 62 min nəfər elektron qaydada qeydiyyatdan keçib”.
APA TV xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub. Bu il də təkmilləşmələr aparılıb və yeni qaydalar qüvvəyə minib. Dəyişiklik iki hissə - həm müəllimlərin işə qəbulu, həm də iş yerinin dəyişdirilməsi üzrədir. Həmçinin müəllimlərə verilən vaxt artırılaraq 120 dəqiqəyə çatdırılıb. Həmçinin test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal verəcək, 20 metodika sualı olacaq ki, bu zamanda düzgün cavablandırılmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək.
O həmçinin bildirib ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarının bir neçə mərhələdə keçirilməsi nəzərdə tutulmayıb: "Vakansiya seçimi iki mərhələdə olacaq. İlk mərhələdə MİQ üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinin seçim etməsinə üstünlük veriləcək”, - deyə Eşqi Bağırov qeyd edib.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib