Prezident İlham Əliyev:“Həmsədrlər Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil”
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb.
APA Tv xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur.
OXŞAR XƏBƏRLƏR
19:48
249
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
250
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
237
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
288
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
284
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
291