Minik maşını yük maşınına çırpılıb, yaralılar var - Xocasəndə
Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, avtoqəza Xocasən qəsəbəsində qeydə alınıb.
"Toyota" markalı minik maşını yolun kənarında dayanmış "MAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 4 nəfər – 42 yaşlı Kəlbiyev Zaur Hacıbala oğlu, 55 yaşlı Quliyev Aqət, 18 yaşlı Kəlbiyev Rafəddin Elşən oğlu, 48 yaslı Əsgərov Elçin Əsgər oglu xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları cəlb olunub. Yük maşınının sürücüsünün yolun hərəkət zolağında avtomobili saxlayıb getməsi ilə əlaqədar araşdırma aparılır. Yol qaranlıq və yağışlı olduğundan qəza şəraiti yaranıb.
OXŞAR XƏBƏRLƏR
17:47
1216
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1092
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1088
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
916
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
877
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
891