Minik maşını aşdı, 3 nəfər xəsarət aldı - İKİSİNİN 22 YAŞI VAR
Goranboyda minik maşınının aşaraq 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV -nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Rayonun Nadirkənd sakini Məmmədov İsmayıl İmran oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə maşın aşıb.
Qəza zamanı sürücü və onun həmkəndliləri – 1998-ci il təvəllüdlü Babayev Kənan Alim oğlu və 1998-ci il təvəllüdlü Verdiyev Rəşad Aqil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:21
1022
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1068
Növbəti köç karvanları yola salınıb
13:38
1085
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
939
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1069
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2977