Mingəçevirə qar yağdı, ağaclar yollara aşdı – NƏQLİYYATIN HƏRƏKƏTİ DAYANDI
Qarlı hava Mingəçevirdə fəsadlara yol açıb.
APA_TV-nin Mingəçevir bürosunun məlumatına görə, gecədən səhərə qədər yağan güclü qar çoxsaylı problemlər yaradıb.
Belə ki, şəhərin İslam İslamzadə, Nəriman Nərimanov küçələrində, eləcə də, Aydın Məmmədov küçəsi ilə 20 yanvar küçələrinin kəsişməsində iri gövdəli ağaclar qoparaq nəqliyyat yoluna və piyadalar üçün nəzərdə tutulmuş səkilərə düşüb. Nəticədə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Bununla yanaşı, şəhər təsərrüfatına məxsus yük maşınlarından biri sürüşərək elektrik dirəyinə çırpılıb.
Aidiyyəti qurumun əməkdaşları fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub.
Ehtiram Muradov,
APA TV
OXŞAR XƏBƏRLƏR
13:54
847
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
847
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
1999
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1477
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1898
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1067