Mingəçevirdə yardım adı ilə evə girdi, ev sahiblərinə xəsarət yetirdi
Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan naməlum şəxs ev sahibinə xəsarət yetirib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Müslim Maqomayev küçəsi 81 ünvanında baş verib.
Həmin binanın ikinci mərtəbəsində, 22 saylı mənzilə yardım təşkilatının əməkdaşı kimi daxil olan naməlum şəxs ev sahiblərinə kömək edəcəyini deyib.
Onlardan şəxsiyyət vəsiqələrini istəyib, ardınca isə kişini bıçaqla hədələyib. Həmin şəxsin evi qarət edəcəyini anlayan evin xanımı, 1953-cü il təvəllüdlü Südabə Musayeva qışqıraraq kömək istəyib. Bundan sonra naməlum şəxs panikaya düşərək qadının boyun nahiyəsinə stulu vurub və hadisə yerindən qaçıb. Qadına və yoldaşına tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi