14:08 13 may 2022 83
Ana səhifə Xəbərlər

Mingəçevirdə XÜSUSİ ƏMƏLİYYAT: 13 evdən oğurluq edən keçmiş məhkum tutuldu

Mingəçevirdə mənzillərdən 55 min manatlıq oğurluq edib, mərc oyunlarına xərcləyən şəxs saxlanılıb. 
APA TV xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2020-ci ildən etibarən şəhər ərazisindəki evlərdən silsilə oğurluqlar edən, əvvəllər də analoji cinayət əməlinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan Asiman Allahverdiyev tutularaq istintaqa təqdim olunub. Araşdırma zamanı saxlanılan şəxsin ümumilikdə 13 mənzildən 19 min manatadək pul və 36 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Asiman Allahverdiyev oğurladığı qızıl-zinət əşyalarını Bakı və Gəncə şəhərlərində satdığını, əldə etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib: “Şər qarışana yaxın çıxırdım şəhərə, baxırdım evdə heç kim yoxdur, girirdim. Əsas pul qızıl idi, var idi götürürdüm, yoxdursa çıxıb gedirdim. Oğurladıqlarımı Bakıda aparıb satmışam. Əldə etdiyim pulları da xərcləmişəm özümə. Gündəlik xərcləmişəm, özüm üçün”.
Asiman Allahverdiyevin cinayət yolu ilə əldə etdiyi qızıllardan bir neçəsi polis əməkdaşları tərəfindən satdığı yerlərdən maddi sübut kimi götürülüb. 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın