Mingəçevirdə Dövlət Rəmzləri Muzeyinin tikintisi yekunlaşmaq üzrədir
Ölkədə ilk dəfə Mingəçevirdə inşa olunan Dövlət Rəmzləri Muzeyinin tikintisi yekunlaşmaq üzrədir.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhərində ötən ilin iyulunda təməli qoyulan binada, son tamamlanma işləri görülür. Görünüşü ilə diqqət çəkən muzey binası şəhid Müşfiq Mirzəyev adına Dostluq parkının ərazisində inşa olunub.
İki mərtəbəli müasir dizaynlı muzeydə Azərbaycan tarixinə aid dəyərli məlumatlar, müxtəlif vaxtlara aid milli hərbi geyimlər, bayraqlar, pul vahidləri və digər eksponatların nümayiş olunması nəzərdə tutulur.
Burada həmçinin iki yüz yerlik yay səhnəsi, eləcə də açıq dərslərin keçirilməsi üçün şərait yaradılacaq.
Dövlət Rəmzləri Muzeyinin tikintisi ilə əlaqədar Dostluq parkının ərazisi də genişləndirilib.
Həmin məkanda idman qurğuları və əyləncə mərkəzləri də quraşdırılıb.
Ehtiram Muradov
APA TV
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı