Mingəçevirdə minik maşını piyadaları vurdu – 1 NƏFƏR ÖLDÜ, 5 NƏFƏR YARALANDI
Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APATV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Naxçıvan küçəsində, yanacaqdoldurma məntəqəsi yaxınlığında qeydə alınıb.
“Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq “Hundai” markalı avtomobilə, daha sonra yol kənarında iş başında olan təsərrüfat işçilərinə çırpılıb. Piyadaları əzib keçən maşın daha sonra müxtəlif maneələrə və dirəyə çırpılaraq yaşıllıq zolağına düşüb.
Qəza nəticəsində təsərrüfat müəssisəsində sosial işçi kimi çalışan, 1963-cü il təvəllüdlü Təzəgül Abbasova hadisə yerində ölüb. Daha beş nəfər piyada isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
APA TV
OXŞAR XƏBƏRLƏR
11:43
1432
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1435
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1481
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1378
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1963
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1983