Mingəçevirdə ekoloji aksiya - ŞƏHƏR ÇİMƏRLİYİNDƏ

Mingəçevir su anbarının sahil hissələrində təmizlik işləri aparılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, monitorinq-aksiya şəhər çimərliyi kimi tanınan ərazilərdə gerçəkləşib.

Çimərlik mövsümünün bağlanması ilə əlaqədar 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi burada daşınmamış müxtəlif tullantılar aşkar edib.

Təmizlik aksiyasına  könüllü qoşulan tələbə-gənclərin iştirakı ilə tullantıların təmizlənməsi prosesinə başlanıb. Gün ərzində ərazi xeyli təmizlənib.

Növbəti həftə ərzində belə aksiyaları ayrı-ayrı yerlərdə də davam etdirmək və şəhər ictimaiyyətinin aksiyalara cəlb edilməsi təklif olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR