Mingəçevirdə dərəyə düşən şəxs belə xilas olundu
Mingəçevirdə bir nəfər 30 metr dərinliyində dərəyə düşüb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri istiqamətində - Qazandağ silsiləsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Qazandağ silsiləsində dərinliyi təxminən 30 metr olan dərəyə sürüşüb düşən bir nəfər vətəndaş köməksiz halda həyati təhlükəli vəziyyətə düşüb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla vətəndaş dərədən çıxarılaraq xilas edilib.
OXŞAR XƏBƏRLƏR
17:19
969
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
941
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
932
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
1071
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
1016
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1126