Mingəçevirdə bir əsrdən çox yaşı olan qovaq ağacı aşdı
Mingəçevirin köhnə turist bazasında yerləşən və bir əsrdən çox yaşı olan qovaq ağacı aşaraq, 63 ailənin nəqliyyat yolunu kəsib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Mingəçevir su anbarı hövzəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı köhnə turist bazasının giriş qapısı önündə baş verib. Bir əsrdən çox yaşı olan qədim qovaq ağacı o qədər də güclü olmayan küləyin təsiri ilə gözlənilmədən kökündən qopub və yerə yıxılıb. Nəhəng qovaq yıxıldığı yeri tamamilə gövdə və budaqları altına alıb. Hadisənin gecə saatlarına təsadüf etməsi səbəbindən turist bazasının həyətində məskunlaşan insanlardan zərər çəkən olmayıb. Bununla belə, 63 ailənin yaşadığı turist bazasının nəqliyyat əlaqəsi kəsilib. Yıxılan qovağa yaxın yerdə dayanacaq etmiş “KİA” markalı avtomobili isə tamamilə əzilməkdən ağacın əks istiqamətə yıxılması xilas edib. Yıxılmış yaşlı qovağın ən qısa zamanda doğranaraq ərazidən daşınması və yolun açılması üçün aidiyyəti qurumlara tapşırıq verilib. Yeri gəlmişkən, qeyd edək ki, bu ərazi zəngin fauna və flora ənənələrinə malik qədim Samux meşələrinin ərazisinə düşür və burada vaxtilə çoxlu sayda uzunömürlü ağaclar yetişib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."