Mingəçevir sakini xurma ağacından yıxılıb öldü
Mingəçevirdə 65 yaşlı kişi ağacdan yıxılaraq ölüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, bədbəxt hadisə Kür çayı sahilində yerləşən bağ təsərrüfatlarından birində qeydə alınıb. Adıçəkilən ərazidə xurma yığan şəhər sakini Nazim Allahverdiyev qəfildən ağacdan yerə yıxılıb. Boyun nahiyəsindən sınıq xəsarətləri alan şəhər sakini ağır vəziyyətdə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən 65 yaşlı kişi koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:29
948
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
958
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1515
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
985
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
938
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1820