Minaaxtaranlar üçün Ağdamda yeni mobil sahə düşərgəsi salınıb - VİDEO
Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən ANAMA tərəfindən Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salınıb. Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib və Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.
Düşərgənin açılışında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının katibliyinin müdiri Nüsrət Süleymanov da iştirak edib. Onlar düşərgə ilə yanaşı əməliyyat aparılan ərazilərlə də tanış olublar.
Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Minaaxtaranlar yaradılan şəraitin əməliyyat işlərini sürətdləndirəcəyini deyir.
Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı