Mina təhlükəsi olan yerdə yanğın baş verdi
Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verib. APA TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub. Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb. Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR
18:55
196
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
459
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1050
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
1113
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
843
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1185