Milyardlar Priqojinə qaytarıldı
"Vaqner" Özəl Hərbi Şirkətinin Sankt-Peterburqdakı ofisindən axtarışlar zamanı aşkarlanan 10 milyard rubl Yevgeni Priqojinə qaytarılıb. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Peterburqun fontanka.ru saytı məlumat yayıb. Saytın yazdığına görə, əgər iyulun 2-də səhər istintaq Yevgeni Priqojinə iyunun 24-də axtarışlar zamanı aşkarlanan 10 milyard rubl, yüz minlərlə dollar və 5 külçə qızılı qaytarmaq fikrində deyildisə, həmin günün axşam saatlarında bunun əksi baş verib və bütün məbləğ və qiymətli əşyalar Yevgeni Priqojinə qaytarılıb. Onun bu prosedurda iştirak etmədiyi bildirilib. İlkin məlumatlara görə, iş adamı həmin vaxt Moskvada olub və pulu almaq üçün onun əvəzinə sürücüsü etibarnamə ilə gəlib.
OXŞAR XƏBƏRLƏR
20:35
925
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
962
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
901
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1246
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1198
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1567