“Milliön”dən 900, mağazadan 2500 manat götürüb getdilər - GƏNCƏDƏ
“Naməlum şəxslər gecə saatlarında mağazanın qapısını sındırıb, içəri daxil olublar. Oğrular mağazada olan kassa aparatını sındırıb, 1800 manat pul aparıblar”.
Gəncədə mağazadan oğurluq edilib. APA TV-nin yerli bürosunun məlumatına görə, 38-ci hərbi şəhərcik adlanan ərazidə qeydə alınıb.
Musa Abdullayevə məxsus mağazadakı “Milliön” aparatını qırıb, içərisindən 900 manata yaxın pulu götürüblər. Ümumilikdə mağazadan 1800 manat və 700 manatlıq ərzaq malları oğurlanıb.
Mağaza sahibinə 2500 manat civarında ziyan dəyib.
“Oğrular mağazaya daxil olduqdan sonra gördüyünüz bu terminalı da sındırıblar. Oradan da pul aparıldığı bildirilir”.
Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat axtarışlarına başlanıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi