Milli Qəhrəmanın xatirəsi anıldı: oğluna medal verildi
Masallıda Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsi anılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, şəhidin adını daşıyan rayonunun Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbində keçirilən anım mərasimində Dövlət Himni səslənib, qəhrəmanın ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Milli Qəhrəman və şəhid ailələrinə göstərilən qayğıdan söhbət açılıb. Sonra Elşad Əhədovun tələbə yoldaşı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Ukraynanın Kamenets-Podolsk Ali Komandirlər Məktəbinin 50 illiyi medalını Milli Qəhrəmanın oğluna təqdim edib. Elşad Əhədovun kursant yoldaşları - ehtiyatda olan polkovnik-leytenant Ariz Məmmədov, polkovnik-leytenant Adil Ağayev, ehtiyatda olan mayor Valeh İmanov, döyüşçü dostları Maşallah Əliyev, Camaləddin Məmmədov Elşad Əhədovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açıblar. Sonda şagirdlərin iştirakı ilə Milli Qəhrəmana həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."