Milli Məclisin sədri Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib
Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edib.
APA TV-nin xəbərinə görə, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər daxildir.
Moskvada Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.
Ölkəmizin Rusiyadakı səfirliyində olan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə əklil qoyub. Daha sonra Polad Bülbüloğlu səfirliyin fəaliyyəti barədə deputatlara ətraflı məlumat verib.
Qeyd edək ki, Sahibə Qafarova sabahdan səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"