Milli Məclisdə Zəfər və Anım Günləri ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq
Azərbaycan Respublikasında Zəfər və Anım Günləri ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
APA TV-nin məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq. Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
OXŞAR XƏBƏRLƏR
18:38
256
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
881
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
892
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
855
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
13:54
2236
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
2184