“Miçurin Vəli” Mingəçevirdə sitrus bağı salıb - SÜRÜCÜ, YOXSA BAĞBAN

Mingəçevir sakini həyətyanı sahəsində sitrus meyvələri yetişdirir.

APA TV-nin məlumatına görə, Mingəçevir sakini Vəli Qaçayev həyətyanı sahəsində bölgə üçün xarakterik olmayan ağac və bitkilərin yetişdirilməsi istiqamətində ciddi uğur qazanıb.

 

64 yaşlı Vəli dayı sürücüdür. Yaşadığı şəhərdə bağban kimi də ad çıxarıb. Bağbanlıq etdiyi 15 il ərzində çoxunun bacarmadığı ilkə imza atıb.

Əsasən cənub bölgələri üçün xarakterik olan portağal, narıngi ,feyxoa, limon ağaclarını və digər bitkiləri yetişdirib, artırmağa nail olub. Deyir ki, iqlim, torpaq və başqa özəlliklər bu bitkilərin yetişməsi üçün əlverişli hesab olmasa da, müxtəlif üsullarla mümkün olmayanı bacarıb. Əkdiyi ağaclar daha tez bar verir və meyvələri cənubdakılardan daha dadlı və iri olur.

Vəli Qaçayev şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən birinin sürücüsüdür. Yəqin çoxu bu işlə əlaqədar başqa sahə ilə maraqlanmağa vaxt tapa bilməzdi.

Vəli kişi isə işdən çıxan kimi bağa baş çəkir. Hətta çox vaxt projektor işığında.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR