Meymunçiçəyinin adı niyə dəyişdirilir?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin adını dəyişdirmək qərarına gəlib. APA TV xarici KİV-ə istinadən xəbər verir ki, ÜST bu addımı xəstəliyinin adının alçaldıcı və ya irqçi sayıla biləcəyindən narahat olaraq atır. Xəstəliyin iki növünün və ya növlərinin adı artıq dəyişdirilib. Meymunçiçəyi üçün ümumi yeni adın nə vaxt açıqlanacağı dəqiqləşdirməyib. Hazırda xəstəliyin adı coğrafi ərazilərlə deyil, Roma rəqəmlərindən istifadə edilərk adlandırılır. Əvvəllər Konqo Hövzəsi xəstəliyi kimi tanınan xəstəliyin bir variantı indi “Clade I” kimi tanınacaq. Qərbi Afrika çeşidi isə “Clade II” kimi tanınacaq. Xatırladaq ki, meymun çiçəyi termini ilk dəfə 1958-ci ildə istifadə edilib. May ayından avqustun ortalarına qədər bütün dünyada 31 000-dən çox meymun çiçəyi hadisəsi aşkar edilib. Bu xəstəlikdən İspaniyada ölüm qeydə alınıb. Bu, Avropada sözügedən xəstəlikdən məlum olan ilk ölüm hadisəsidir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."