Mexaniki sayğaclar daha çox qaz yazır? - RƏSMİ CAVAB
Mexaniki sayğacların daha çox yazması kimi fikirlər əsassızdır".
APA TV xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. O bildirib ki, belə fikirlər sosial şəbəkələrə bilərəkdən ötürülür: "Guya mexaniki sayğacların 1 kub əvəzinə 2 kub yazması ilə bağlı məlumatlar yayılır. Martın 18-də medianın da iştirakı ilə keçirilən aksiyada sayğaclar yoxlanıldı. Məlum oldu ki, belə fikirlər əsassızdır".
Şöbə rəisi “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi"nə bu il üzrə mövsümü borcunu da açıqlayıb. Onun sözlərinə görə, bu borc 41 milyon manat təşkil edir. Onun sözlərinə görə, “Azəriqaz” debitor borc məsələsinə həssas yanaşır: "“Azəriqaz” topdan satış olaraq "Azərkontrakt"dan aldığı qazın pulunu, eyni zamanda 8500 işçinin əmək haqqını ödəməlidir. Ona görə də borcların operativ toplanmasına diqqət yetirilir".
Eldəniz Vəliyev bildirib ki, ötən il məsələ ictimailəşdi və hökumət səviyyəsində həllini tapdı. Bu il isə hesablanan debitor borc 41 milyon manatdır. Bununla belə, “Azəristiliktəchizat” məbləğin müəyyən hissəsini mübahisələndirib. “Azəriqaz” isə borcun tam təmin edilməsində israrlıdır.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir