Mətanət İsgəndərlinin işgəncə görən nəvəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova (Canan) qızının atası tərəfindən işgəncələrə məruz qaldığını iddia edir.
APA TV Lent.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirir ki, hadisə yay aylarında baş verib:
“Komitə olaraq bu məsələni araşdırdıq. Məlum oldu ki, hadisə yay aylarında baş verib. Ananın bildirdiyinə görə, uşaq nənəsigilə getmək istəyib. Atası icazə verməyib. Bu səbəbdən ata övladına qarşı şiddət tətbiq edib.”
Tural Mərdanoğlu yayda baş verən hadisənin niyə məhz indi açıqlamasını qaranlıq qaldığını bildirir:
“Xanım bu haqda heç bir məlumat vermədi. Görünür hansısa bir məqsədi olub. Bizim araşdırmamız hələki budur. Aynur Həmidova valideyn olaraq bununla bağlı heç bir orqana müraciət etməyib. Bütün bunlara baxmayaraq, komitə öz üzərinə düşən vəzifəni yerinə yetirir.”
Teymur Mərdanoğlu bununla bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcəyini və istənilən halda qadına, uşağa zor tətbiq edilməsini yolverilməz hal olduğunu qeyd edir.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?