Məşq zamanı 7 yaşlı uşağı öldürən idmançının məşq yoldaşı Apa TV-yə danışdı - APA TV
Sumqayıtda Tağıyev qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi xəbəri iki gündür ölkənin gündəmini silkələyib.
Ekranda gördüyünüz şəxs 7 yaşlı Fəriddir. Valideynləri onu daha da sağlam olması, uğur qazanması üçün idman məşqlərinə yazdırmışdı. Amma azyaşlı, idman müəlliminin vəhşiliyinin, idmanla zorakılığı ayıra bilməməsinin qurbanı oldu. Videoda idmançı Mehman Xəlilov sambo məşqləri zamanı 7 yaşlı Fəridə qarşı amansız hərəkətlər edir, uşaq ayağa qalxa bilməyəcək vəziyyətdə olsa belə müəllim qəddarcasına uşağa məşqə davam etməsi üçün təzyiq göstərir. Uşağın ağır zədə almağına laqeyd yanaşır.
Vəziyyəti kritik həddə çatan azyaşlı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edir. Azyaşlıya zorakılıq göstərən Mehman Xəlilov 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarışlarda da yüksək nəticələr göstərib. Bir müddət Mehman Xəlilovla birlikdə çalışan Sambo idman növü üzrə Avropa çempionu Cavidan Qarayev deyir ki, valideynlər övladlarını idman məşqlərinə qoyarkən müəllimi araşdırmırlar.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər