Məşhur xarici jurnalist heyrət içində - Azərbaycan bunu necə bacardı?
Ukraynalı jurnalist Yuri Romanenko Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və işğaldan azad edilən ərazilərdə infrastrukturun bərpasında əldə olunan uğurlardan heyran olduğunu bildirib. Axar.az məlumat yayıb ki, Romanenko müəllifi olduğu Yutub kanalının efirində Ukraynanın Azərbaycan təcrübəsindən dərs çıxara biləcəyini söyləyib. “Mən Füzuli Hava Limanında olanda onların infrastrukturu necə qurduqlarını, hər şeyin necə sürətlə getdiyini görəndə, sovet “qələmindən” çıxan bir ölkənin necə güc və rasional yanaşma tapmasından heyrətləndim", - ukraynalı jurnalist qeyd edib. O, Azərbaycanın uğurunu təmin edən əsas amilləri qeyd edib: hərbi əməliyyatlar başlamazdan əvvəl əlverişli beynəlxalq əlaqələrin yaradılması, ordunun yenidən silahlanması, Türkiyə və İsraillə münasibətlərin qurulması, həmçinin strateji kompromislər... O, həmçinin 2016-cı ilin aprel döyüşlərinin əhəmiyyətini qeyd edib: "Bu, sonrakı münaqişənin nəticəsini əvvəlcədən müəyyən etdi". “Azərbaycanın gördüyü iş bizim baxmalı və öyrənməli olduğumuz bir modeldir”, - deyən Romanenko əlavə edib ki, Prezident İlham Əliyevin fəaliyyəti xüsusi diqqətə layiqdir.
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi