Məşhur qətlin sifarişçisi bir ilə türmədən buraxıldı - APA
2005-ci ildə Sankt-Peterburqda azərbaycanlı iş adamı Dmitri Zeynalovun öz ailəsi ilə birgə qətlə yetirilməsinin sifarişçisi Aleksandr Tyutin azadlığa çıxıb. Lent.az-ın xəbərinə görə, o hazırda Antalyadadır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Aleksandr Tyutin 2021-ci ildə Leninqrad Vilayət Məhkəməsinin hokmü ilə 23 il azadlıqdan məhrum edilib. Qətlin sifarişçisi tutulduqdan sonra onun öz həyat yoldaşının qardaşını da var-dövlət üstündə qətlə yetirdiyi məlum olub. O, Ukrayna-Rusiya müharibəsi başlayanda özəl hərbi şirkət olan “Vaqner”in rəhbəri Priqojinin çağırışı ilə savaşa getmək adı altında həbsdən buraxılıb. Həmin vaxt 66 yaşlı Tyutinin fiziki imkanları səfərbərlik üçün əlverişsiz sayılsa da, buna baxmayaraq, o, “Vaqner”ə qoşulub və guya Ukraynada döyüşüb. Keçən ilin dekabrında cəbhəni tərk edən Tyutin əvvəlcə Peterburqa, oradan isə həyat yoldaşı ilə birlikdə Antalyaya gedib. Aralıq dənizi sahillərində mülkə sahib olduğu deyilən Aleksandr Tyutinin geri-Rusiyaya qayıtmayacağı ehtimal olunur. Xatırladaq ki, 38 yaşlı iş adamı Dmitri Zeynalov 2005-ci ilin avqust ayında Leninqrad vilayətinin Vsevolojski rayonundakı bağ evində hamilə olan həyat yoldaşı, 11 yaşlı oğlu və 15 yaşlı qızı il birlikdə vəhşicəsinə qətlə yetirilmişdir. Qatil onların hər birinin gözündən atəş açmış, qızı isə balta ilə doğramışdı.
OXŞAR XƏBƏRLƏR
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb