Məşhur filmin aktyoru məhkəməyə verildi
Kinotənqidçi Sevda Sultanova aktyor Hikmət Rəhimovu polisə verib.
APA TV xəbər verir ki, kinotənqidçinin sözlərinə görə, məşhur “Pərdə 2” filminin aktyoru Hikmət Rəhimov onu və dostlarını təhqir edib: “Hikmət Rəhimovdan polisə şikayət etməyimin əsas səbəblərindən biri budur ki, bizim sənət aləmində bir presedent yaransın, yəni ictimai yükü olan şəxslər, sənət adamları nə danışırlarsa, onun məsuliyyətini hiss etsinlər. Əgər mən Hikmət Rəhimovla bağlı tənqidi qeyd edirəmsə, zəhmət çəkib mənə adekvat, peşəkar kontekstdə cavab versin. Arqumentlərlə və mədəni şəkildə... Amma Hikmət Rəhimov bunun əvəzində “Facebook” profilində məni və dostlarımı təhqir, üstəlik təhdid edib. Amma sonra oldu sildi. Lakin mən polisə şikayət elədim. Mən istəyirəm ki, qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edim, Hikmət Rəhimov cəzasını alsın”.
Məsələ ilə bağlı aktyor Hikmət Rəhimovla əlaqə saxladıq. O, bildirdi ki, mətbuata bununla bağlı hər hansı bir açıqlama vermək istəmir.
Semral Cavad
APA TV
OXŞAR XƏBƏRLƏR
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI