Məşhəd və Kərbəla ziyarəti adı ilə insanları aldatdı
Bakıda insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.
APA TV-nin xəbərinə görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Xəyal İsmayılov özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq, onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verməklə onlardan müxtəlif məbləğlərdə pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar X.İsmayılovla əlaqə saxlaya bilməyiblər.
Yasamal RPİ-nin baş müstəntiqi Rövşən Cavadov deyib ki, hazırda 31 nəfər şikayətçi var. Onlara dəyən ziyanın ödətdirilməsi istiqamətində iş aparılır.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib.
Qeyd edək k, artıq X.İsmayılov barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, onlardan aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək