Meşədə narkotik plantasiyası salan İsmayıllı sakini tutuldu
Meşədə narkotik plantasiyası salan İsmayıllı sakini tutulub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin yetişdirilməsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən İsmayıllı rayonu Qalıncaq kənd sakini, 1961-ci il təvəllüdlü Seyidov Şahin Alıxan oğlu saxlanılıb.
Araşdırma zamanı Ş.Seyidovun Qalıncaq kəndi ərazisindəki meşədə 750 ədəd narkotik tərkibli bitkilər yetişdirdiyi aşkar edilib. Polis əməkdaşlarının iştirakı ilə narkotik plantasiyası məhv edilib, bitkilər kökündən çıxarılaraq yandırılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma aparılır.
Şahnəzər Bəşirov
OXŞAR XƏBƏRLƏR
19:50
993
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
1052
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
1008
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
989
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
994
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
994