Məscidi talayan qadın: “Qabaqdan qış gəlir, götürüb apardım evə”

 

Qubada oğurluq olub. APA TV-nin şimal bürosunun məlumatına görə, rayondakı məsciddən xalçalar oğurlanıb. Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaları Şabran rayon Günəşli kənd sakini Lalə Babayevanın oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib: “Şabranda rayonunda yaşayıram. Düşündüm qabaqdan qış gəlir, gəldim Qubada məsciddə xalçaları gördüm. Qərara gəldim ki, bunlardan götürüm aparım. Gətirib sərdim evimin yerinə. Bir səhvdir eləmişəm, məni bağışlasınlar”. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR