Mərkəzi Bank valyuta ehtiyatlarının idarə olunmasından 200 mln. dollar gəlir əldə edəcək
Mərkəzi Bank valyuta ehtiyatlarının idarə olunmasından bu il 200 mln. dollar gəlir əldə edəcək.
APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Mərkəzi Bankın 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edən sədr müasir dövrdəki bankçılıq ənənələrinin Cümhuriyyət dövrünə dayandığını qeyd edib: “Bu gün Mərkəzi Bankın, bütövlükdə bank ictimaiyyətinin həyatında olduqca fərəhli gündür. Ölkəmizdə mərkəz bankçılığının, bütövlükdə bank sisteminin yaradılmasının 100 illiyi tamam olur. Bildiyiniz kimi, prezident İlham Əliyev tərəfindən bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunub. 2018-ci il ölkəmizdə Cümhuriyyət ili kimi elan olunmuşdur. Bir sıra silsilə tədbirlər gedir və bütün dövlət institutları da öz tarixi başlanğıcını 100 il bundan öncə yaradılmış institutlardan alır. 100 il bundan öncə məhz bu gündə Azərbaycan dövlət bankı, yəni Mərkəzi Bank yaradılıb. Bu gün məhz onun 100 yaşı tamam olur”.
Qeyd edək ki, bu ilin sentyabrın 13-də AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."