“Mercedes” yük dolu “KamAZ”la toqquşdu: 4 YARALI
Yevlaxda 2 nəqliyyat vasitəsinin toqquşması 4 nəfərin xəsarət almasına səbəb olub.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Ağdaş ə Yevlax rayonlarının inzibati hüdudlarının kəsişdiyi ərazidə baş verib.
“Mercedes” markalı minik avtomobili mişar daşı ilə dolu qoşqulu “KamAZ” maşını ilə toqquşub. Hadisə zamanı yük maşınında olan mişar daşları ətrafa və yola dağılaraq nəqliyyatın hərəkətinə bir müddət mane olub.
Nəticədə Goranboy rayonundan olan bir ailənin 3 üzvü - Rauf Qadir oğlu Nəbiyev, onun həyat yoldaşı Ülkər Şaməddin qızı Nəbiyea, övladları - Təhminə Rauf qız Nəbiyeva, eləcə də yük maşınının sürücüsü Nəcəf Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bir nəfəri təcili tibbi yardım maşını, digərləri isə ətrafdakıların köməyi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək