“Mən buranın lotusuyam” dedi, kafedə kütləvi dava düşdü
Biləsuvarda kütləvi dava olub.
Hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib. Şahidlərin bildirdiyinə görə, bir nəfər şəxs dostları ilə birlikdə kafeyə gələrək yeyib-içən şəxslərə yaxınlaşıb. Onlara qarşı “mən buranın lotusuyam” ifadəsini işlədib. Bundan sonra iki qrup arasında mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Şəxslər bir-birinə kafenin stulları ilə zərbələr endiriblər.
Dava zamanı iki nəfərin ağır xəsarət aldığı bildirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Qafqazinfo"ya bildirib ki, iki nəfərin xəsarət aldığı faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır: "Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
OXŞAR XƏBƏRLƏR
18:44
1154
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
1059
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1275
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1154
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1193
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
1060