Melaniya Tramp Ağ Evi bəzədi və qapıları açdı - SƏBƏB
“First lady” Melaniya Tramp Ağ Evin qapılarını mediaya açıb.
APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, ABŞ Prezidentinin həyat yoldaşı Yeni il hazırlıqlarını artıq bitirib.
Ağ Ev bu il Milad bayramı ilə əlaqədar daha sadə bəzədilib. Xanım Melaniya yeni dekorların heç birini bəyənməyib və təklifləri bayağı adlandırıb.
O, öz zövqü ilə işlərə rəhbərlik edib. Birinci xanım zövqünü nümayiş etdirmək məqsədi ilə qapıları mətbuata açıb.
“Amerika ruhu” - bu ilki bayram tədbirlərinin əsas leytmotivi bu ad altında təşkil ediləcək. Əsas xətt kimi ənənələr, ölkənin tarixi uğurları, şəxsiyyətləri və ABŞ-ı böyük ölkə edən digər istinadlar götürüləcək.
Ötən ilki bayrama Ağ Ev daha rəngarəng bəzədilmişdi. Bu isə sosial şəbəkələrdə o qədər də yaxşı qarşılanmamış və lağa qoyulmuşdu.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək