Məlahət İbrahimqızı: “Qadına qarşı zorakılıq edənlər istefa verməlidir”

 

“Dünyanın hər bir yerində, o cümlədən Azərbaycanda qadına qarşı şiddət var”. Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı “XXI Əsrin Qadınları” İctimai Birliyinin (İB) sədrliyi ilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, özünü ana müxalifətin nümayəndəsi hesab edən Fuad Qəhrəmanlının qadına qarşı zorakılıq törətməsi işgəncədir və qəbuledilməzdir. Bununla bağlı Azərbaycan qanunvericiliyində cəza tətbiqi olduğunu xatırladan Məlahət İbrahimqızı onu da əlavə edib ki, qadına qarşı şiddət və zorakılıq törədənlər istefa verməlidirlər.

“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova isə bildirib ki, qadınlar AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına qarşı etdiyi hərəkətə göz yummamalıdır. Sitat: “Bəzi qüvvələr var ki, onlar ölkəmizə qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparır. Bütün bunların qarşısını almaq üçün qadınlar birləşib öz səslərini ucaltmalıdırlar”. Sitatın sonu.

Tədbirdə Azərbaycan qadınlarına müraciət də qəbul edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR