Məktəblilər arasında yarış keçirildi
Paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti elmi-praktik konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün ölkəmizin gələcəyinə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasəti təminat verir. Ona görə də bu siyasəti dərindən öyrənmək və təbliğ etmək vacibdir.
Konfransda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Builki müsabiqədə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə həsr edilən mövzulara xüsusi yer verilib.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib.
Qeyd olunub ki, müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2 min nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcək.
Sevinc Vaqifqızı,
Ceyhun Mustafayev,
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ